Respublikaçı liderlər deyirlər ki, son günlər Ağ Evin ətrafında yaranmış qalmaqal prezident Buşun qarşıda duran vəzifələrə diqqətini yayındırmayacaq. Cənab Buşun mənsub olduğu partiyanın sədri Ken Mehlman deyir ki, prezident terrorizmə qarşı mübarizəni və Amerika iqtisadiyyatının gücləndirilməsi yönümündə işləri davam etdirəcək. Qeyd edək ki, dünən Federal Qrand Jüri vitse prezident idarəsinin kadrlar şöbəsinin sədri Lyuis Libbiyə qarşı 5 ittiham irəli sürüb. Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşının kimliyini açıqlamaqda ittiham edilən cənab Libbi dünən vəzifəsindən istefa verib.