Accessibility links

İran prezidentinin dedikləri Ayatolla Xomeyninin dediklərinin təkrarıdır


İran prezidenti Mahmud Əhmədinejat İsrailin xəritədən silinməsi ilə bağlı bəyanatının İranın çoxdankı siyasəti və mövqeyində heç bir dəyişiklik edilmədiyinə bir işarə olduğunu bilirib. Bu gün Tehranda etdiyi çıxışı zamanı İranın dövlət başçısı deyib ki, bu sözlər 27 il bundan əvvəl Ayatolla Ruhulla Xomeyninin dediklərinin təkrarıdır. Xatırladaq ki, Mahmud Əhmədinejatın bəyanatı beynəlxalq ictimaiyyətin kəskin tənqidləri ilə qarşılanmışdır. Prezidentin bəyanatına BMT, Amerika Birləşmiş Ştatları və Avropa Birliyi münasibət bildirərək, İranın nüvə silahları inkişaf etdirdiyinə dair qorxuların artırdığını qeyd edib.
XS
SM
MD
LG