Amerikalılar Birləşmiş Ştatlarda Afrika mənşəli amerikalıların vətəndaş hüquqları uğrunda mübarizənin öncülü olmuş Roza Parksı son mənzilə yola salır. Xanım Parksın cənazəsi Kapitoliya binasında yerləşdirilmişdir. BŞ Konqresi keçən həftə Roza Parksa ənənəvi olaraq, vəfat etmiş dövlət başçılarına göstərilən ehtiram göstərilməsi haqda qanun layihəsini qəbul etmişdir. Roza Parks bu ehtirama layiq görülmüş ilk qadın və adi Amerika vətəndaşıdır. O, Kapitoliya binasında cənazəsi qoyulmuş ikinci Afrika mənşəli amerikalıdır.