Bu gün Ukraynanın baş naziri Yuri Yexanurov baş nazir kimi ilk dəfə Amerika Birləşmiş Ştatlarına səfər edir. Onu kabinetinin bir neçə üzvü müşaiyət edəcək. Vaşinqton danışıqlarının əsasən ticarət və investisiya məsələri üzərində mərkəzləşəcəyi gözlənilir. Baş nazir Yexanurov sabah ABŞ dövlət katibi Kondoliza Rays və Amerikanın biznes liderləri ilə görüşlər keçirəcək. Baş nazirin səfəri çərşənbə günü başa çatacaq.