Accessibility links

Qırğızıstan həbsxanalarında vəziyyət sabitləşir


Qırğızıstan rəsmilərinin bildirdiyinə görə, bir neçə həbsxanada qiyam qaldıran məhbuslar silahlarını yerə qoymağa başlayıb. Həbsxana sistem rəisi Kapar Mukeyev bu gün bildirib ki, məhbuslar bıçaq və bəsit silahlarını təhvil verirlər. Onun dediyinə görə ümumi vəziyyət normallaşmaqdadır. Cənab Mukeyev bəzi məhbəslərdə dustaqların hələ də silahlara malik olduğunu və onlarla saxlanma müddətləri ilə bağlı müzakirələr aparıldığını bildirib. Həbsxana sisteminin rəisi silahları təhvil verməkdən imtina edənlərə qarşı gücdən istifadə ediləcəyi barədə xəbərdarlıq edib. Xatırladaq ki, Qırğızıstan həbsxanalarındakı qiyamlar 4 adamın ölüünə səbəb olub.
XS
SM
MD
LG