Accessibility links

Seçkiıər başa çatdi


Saat 19.00-da səsvermə başa çatıb. Artıq həmin saatdan başlayaraq, məntəqələr bağlanıb və səslərin sayılmasına başlanıb. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir.

Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzində olub, mərkəzin direktoru İqbal Babayev ilə görüşübş

Görüşdən sonra jurnalistlərə açıqlama verən səfir bildirib ki, seçkilərin nəticələri barədə hələ heç nə deyə bilməz: “Lakin bu gün Azərbaycan üçün çox vacibdir. Seçicilərin iştirak faizinin yüksəlməsinə ümid edirəm. Bizim nümayəndə heyətlərimiz ölkənin müxtəlif yerlərində müşahidələr aparır, bəzi yerlərdə vəziyyət yaxşıdır, bəzilərində isə yaxşı deyil, lakin biz ümumi nəticəmizi müşahidələr bitəndən sonra bildirəcəyik”. PA Consaltingin Qroup keçirdiyi exit-polla bağlı şikayətlərə münasibət bildirən Rino Harniş bütün şikayət qeydə alındığını, şikayətləri yoxlamaq üçün həmin yerə nümayəndələrini göndərdiklərini deyib: “Bəzi hallarda çaşqınlıq olur, exit-poll keçirən təşkilatın adı səhv salınır”. Müxalifətin kütləvi aksiya keçirməsi ilə bağlı məsələyə münasibət bildirən səfir ABŞ-ın bütün tərəfləri qanunun aliliyinə hörmət etməyə, zorakılığa yol verməməyə, mülki vətəndaş cəmiyyətinə aid olan bütün qaydalara riayət etməyə çağırdığını deyib: “ ABŞ səfirliyi müşahidəçilərinin və exit-pollun nəticələrinə əsaslanaraq seçkilərə qiymət verəcək. Ən əsası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları üzrə Bürosunun verdiyi qiymətləndirmə olacaq, çünki onlar bu sahədə beynəlxalq səylərə rəhbərlik edir. ABŞ səfirliyinin hesabatı həmin hesabatdan sonra verəcək”

APA xeberlerden

XS
SM
MD
LG