Accessibility links

İlkin nəticələr sabah məlum olacaq


Azərbaycan müstəqillik əldə edəndən bəri özünün 3-cü parlament seçkilərinin keçirir. Ötən seçkilərdə baş vermiş saxtakarlıqların fonunda Avropa və Birləşmiş Ştatlar Azərbaycan hökumətinə azad və ədalətli seçkilər keçirməyi təkid edirlər. Amerikanın Səsinin müxbiribi Lisa McAdams bu gün Bakıda seçicilərlə söhbət edib.

Bu işsiz keçmiş zavod fəhləsi deyir ki o, hər şeydən, o cümlədən bu seçkilərdən təngə gəlib.

Bu kişi deyir ki, bir neçə il bundan əvvəl o, mərhum Heydər Əliyevə səs vermişdi. Fikirləşdim ki, o, gəlib nəsə edəcək. Ona görə də ona səs verdim. İndi mən işsizəm, deyə o, bildirir.

Bakı mərkəzində səs vermiş Amirə proses haqda o qədər də nikbin deyil. Amirə Amerikanın Səsinə bildirib ki, o, prezidentin bu günlərdə imzaladığı sərəncamın seçkilərin demokratik olmasına yardım edəcəyinə ümid etmək istəyir. Amma buna əmin deyil.

Amirə ümid etdiyini deyir ki, hakimiyyətə yeni qüvvələr gələcək və ölkənin Sovet üsullları ilə idarə olunmasına son qoyulacaq.

Bülletenini seçi qututsuna salan Prezident İlham Əliyev həm ölkə daxilində həm də xaricdə seçkilərin demokratikliyi haqda şübhələri aradan qaldırmağa çalışdı.

Parlamentdə əksəriyyət tutan Yeni Azərbaycan Partiyasının sədir İlham Əliyev söyldi ki, o, seçkilərdən razıdır və bu səsvermə Azərbaycan xalqının iradəsini əks etdirəcək.

Azərbaycan televziyası ilə yayımlanan çıxışında Prezident Əliyev əmin olduğunu bildirdi ki, bu seçkilər Azərbaycanın iqtisadi inkiafını fə demokratizasiyanı bir qədər də dərinləşdirəcək.

Axşamçağı seçki rəsmiləri çoxlu sayda adamın səsverdiyini bildirirdilər. Hələlik elə də bir nəhəng qanun pozuntusu haqda məlumat verilmir, amma bir çox beynəlxalq müşahidəçilər seçki qutuları bağlandıqdan sonra baş verəcək saxtakarlıqlardan narahatçılıqlarını izhar edirlər.

Ekspertlər inanırlar ki, seçkilərin keyfiyyəti həm səsvermə zamanı müşahidədən, həm də gecə vaxtı səslərin sayılmasını müşahidə prosesindən asılı olacaq.

İlkin nəticələr sabah məlum olacaq. Əsas diqqət seçkiləri müşahidə edən Qərb mütəxəssislərinin rəylərinə veriləcək.

XS
SM
MD
LG