Accessibility links

Fransa zorakılıqları bir adamın ölümünə səbəb olub


Fransa polisinin bildirdiyinə görə, keçən həftə qiyamlar zamanı döyülən şəxs vəfat edib. Bu, son 11 gün ərzində baş verən iştişaşların səbəb olduğu ilk tələfatdır. Polisin açıqlamasında bildirilir ki, gecə zorakıları nəticəsində 1400 avtomobil, bir sıra orta məktəb, 2 kilsə və digər binalar yandırılb. Qarşıdurmalar zamanı onlarla polis işçisinin yaralandığı bildirilir. İndiyədək 400 damın nəzarət altına alındığı deyilir. Fransanın baş naziri Dominik De Viyepinin aşayişin bərpası və zorakılıq dalğasının yatırılması məqsədi ilə yeni ölçülərlə bağlı bəyanat verəcəyi gözlənilir. Hökumətin böhranı necə həll edəcəyi suallar doğurur. Bəziləri Fransa qiyamlarını son 40 ilin sosial böhranı ilə izah edir.
XS
SM
MD
LG