İraqın təhlükəsizlik rəsmiləri deyirlər ki, Səddam Hüseynlə bərabər bəşəriyyətə qarşı cinayətlərə görə ittiham edilən müttəhimlərdən birinin vəkli naməlum silahlı şərxlər tərəfindən qətlə yetirilib. Rəsmilər naməlum silahlı şəxslərin bu gün Bağdadda vəklin maşınını atəşə tutmaları nəticəsində maşında olan ikinci vəkilin yaralandığını bildirirlər. Vəkillər Səddam Hüseynin qardaşı və vitse-prezidentini müdafiə edirdi. Xatırladaq ki, keçən ay Səddam ilə birlikdə ittiham edilən bir müttəhimin vəkili də silahlı şəxslər tərəfindən qətlə yetirilmişdi. Bu arada Amerika və İraqın hərbi qüvvələri Suriya sərhədləri yaxınlığındakı Huseybah şəhərində yaraqlılara qarşı əməliyyatlarını davam etdirirlər. Şənbə günündən etibarən bu bölgədə gedən döyüşlərdə bir Amerika əsgəri və 36 yaraqlı həlak olub. Amerika rəsmiləri isə deyirlər ki, 2006-cı ilin ortalarında İraqa orada olan qüvvələrin rotasiyası məqsədi ilə 92 min əsgər göndəriləcək. ABŞ-ın müdafiə naziri Donald ramsfild bunun hazırda xidmət göstərən 160 min Amerika əsgərinin sayının azaldılması məqsədi ilə edilmədiyini bildirib.