Accessibility links

Əfqanıstanda seçkilərin nəticələri yenə də elan edilmədi


Əfqanıstanın seçki komisiyası sentyabrın 18-də Milli Məclisə və vilayət Şuralarına keçirilən seçki nəticələrinin elan edilməsini yenidən təxirə salıb. Seçki komisiyası bildirib ki, cədvələ əsasən seçkilərin nəticələrini bu gü elan etməliydi. Lakin komissiya Qəndəhar vilayətində seçkilərdə saxtakarlıqlarlıqlara yol verildiyinə dair iddialar nəzərə alınaraq, seçkilərin nəticələrini elan etməyəcəyini bildirib. Seçki Komisiyasının sədri Peter Erben deyib ki, digər 33 vilayətdə seçkilərin nəticələri yekünlaşdırılıb və nəticələr bir neçə gün ərzində elan ediləcək. Milli Məclisə seçkilərinin keçən ay elan edilən ilkin nəticələrinə görə, Məclisdəki 249 yerin çoxunu 1980-ci illərdə Sovet işğalına müqavimət göstərən və 90-cı illərin əvvəllərində vətəndaş müharibəsinin iştirakçıları olan keçmiş yerli komandirlər və Mücahiddin döyüşçülərinin qazandığı, parlamentdə hakimiyyətdən devrilən Taleban rejiminin bir neçə üzvü, habelə 60 qadının yer aldığı bildirilmişdi. Qeyd edək ki, Əfqanıstanda seçkilər BMT nümayəndə heyətinin başçılığı altında keçirilmişdi.
XS
SM
MD
LG