Accessibility links

Indoneziyada təhlükəli terrorçunun məhv edildiyinə ümid edilir


İndoneziya milli polisiinin verdiyi məlumata görə ola bilsin ki, Cənubi Asiyada axtarışda olan təhlükəli terrorçi məhv edilib. General Sutanto ümid etdiyini söyləyir ki, yaxın zamanlarda Malayziyalı bomba hazırlayan Azahari bin Husinin ölümü təsdiqlənəcək. Polis bu gün Şərqi Cava əyaləytində yerləşən Batu şəhərində militantların gizləndiyi yerə reyd keçirib. Polis binanın minalandığından ehtiyat edir və ona görə də səhərin açılmasını gözləyir. Şahidlərin dediyinə görə mümkündür ki, polis tərəfindən ələ keçirilməkdənsə Azahari bin Husni özünü partladıb.
XS
SM
MD
LG