Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu həftə dünyada din azadlığına dair açıqladığı hesabatında bir sıra öğkələrin bu sahədə tərəqqi əldə etdiyini bildirib. Dövlət Departamentinin Konreqsin mandatı ilə hazırladığı illik hesabatında dini azadlıların boğulduğu 8 ölkənin siyahısı yer alır. Dövlər Departamentinin hesabatında son illər dünyada dini azadlıların müdafiəsi sahəsində nailiyyətlərin qeydə alındığı bildirilsə də, dini hüquqlar sahəsində ciddi pozuntulara yol verən ölkəlr siyasına bir və ya iki ölkənin əlavə ediləcəyi deyilir. Qeyd edək ki, Dövlət Departamentinin illik hesabatı Konqresin 1998-ci il aktına əsasən hazırlanan 7-ci hesabatdır.
Amerika Birləşmiş Ştatlarının sanksiyalarına məruz qalma ehtimalı qarşısında olan və narahatlıqların əsas mənbəyi olan ölkələrə Birma, Çin, Şimali Koreya, Eritrea, İran, Sudan, Səudiyyə Ərəbistanı və Vyetnam daxildir. Qeyd edək ki, Birləşmiş Ştatlar və Vyetnam arasında bu ilin əvvəllərində Hanoy hökumətinin bu sahədə ciddi addımlar atacağı vədi ilə razılıq əldə edilib. Hesabatın açıqlanmasından sonra təşkil edilən mətbuat konfrasında ABŞ dövlət katibi Kondoliza Rays Vyetnamın gələn il bu siyahıdan çıxarıla biləcəyini deyib. Xanım Rays sentyabr ayında Amerikanın ən yaxın körfəz müttəfiqi Səudiyyə Ərəbistanının cəzalandırılması məsələsinin təxirə salındığını və bu ölkəyə dini azlıqlara qarşı münasibətin dəyişdirilməsinə 180 gün möhlət verildiyini deyib. 2005-ci ilin hesabatında deyilirdi ki, Səudiyyə Ərəbistanında ümumiyyətlə din azadlığı mövcud deyil. Orada ən adi dini hüquqular qadağan edilir, dövlətin sünnü İslam təriqətindən əlavə heç nə qəbul edilmir.
Dövlət Departamentinin dini azadlıq məsələləri üzrə səfiri Con Hanford Səudiyyə rəsmilərinin müsbət addımlarını diqqətə yetirərək, dözümsüzlüyü təbliğ edən bəzi ruhanilərin işlərindən kənar edilyini təqdirəlayiq əməl kimi qiymətləndirmişdir. Səfir deyib ki, digər dinləri qadağan edən qanuna baxmayaraq, Səudiyəə rəsmiləri digər dinlərə başqa gözlə baxmağa və sanksiyalaşdırılmamış dini fəlaiyyətlərə dözümlülüklə yanaşmağa başlamışlar. Dövlət Departamentinin dini azadlıq məsələləri üzrə səfiri Con Hanford dini azadlıqların müdafiəsi sahəsində son illər tərəqqi əldə edilən ölkələr arasında Türkmənistan, Hindistan və Qatarın adlarını çəkib. Səfir deyib ki, Pakistanda ciddi problemlər qeydə alınsa da, hökumət xalqı dözümlülüyə çağırır, kafirlik və dinin tədrisi də daxil edilməklə, bir sıra müsbət addımlar atır. Səfir narahatlıq doğuran ölkələr siyahısına əlavələr ediləcəyini demiş, lakin bu ölkələrin adını açıqlamamışdır. Qeyd edək ki, ABŞ Konqresinin maliyyələşdirdiyi ümumdünya din azadlığı komissiyası Özbəkistanın dini hüquqlara riayət etməyən ölkələrin siyahısına salınmasını istəyir. İnsan hüquqları qrupları Əndican hadisələrindən sonra Buş administrasiyasının Özbəkistanın bu siyahıya əlavə etməsinə haqq qazandırır.