Liberiyada prezident seçkilərində son nəticələr ölkənin sabiq maliyyə naziri Ellen Con Sörlifin seçkilərin qalibi olacağını göstərir. Paytaxt Monroviyada isə təkrara səsvermənin keçirildiyi məntəqədə etiraz nümayişləri davam edir. BMT-nin sülhməranmlı qüvvələri ABŞ səfirliyi qarşısında toplaşan sabiq futbol ulduzu Corc Vehin qəzəbli tərəfdarlarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etmilər. Polis səfirlik yaxınlığındakı yolları bağlayıb. Cənab Vehin partiyası seçki komissiyasına şikayət yazaraq, saxtakarlıq halları haqda məlumat vermiş və Ali Məhkəmənin səsverməni dayandırmasını istəmişdir. Səslərin 97 faizinin hesablanmasından sonra seçki rəsmiləri Ellen Conson Sörlifin təxminən 60 faizlə seçkinin qalibi olduğunu bildirirlər. Beynəlxalq müşahidəçilər xırda pozuntu hallarının mövcud olmasına baxayaraq, ümumilikdə kütləvi saxtakarlıq hallarının baş verməsinə dair heç bir dəlilin olmadığını deyirlər.