Accessibility links

Qırğızıstanda etiraz aksiyası baş verib


Bu yaxınlarda qətlə yetirilmiş Qırğız qanunvericisinin qohumu qətl üzərində aparılan təhqiqata etiraz əlaməti olaraq intihar etməyə çalışıb. Deputat Bayaman Erkinbayevin yaxın qohumu olan Asan Erkinbayev cümə günü Cəlalabad şəhərində özünə od vurub. Polis alovu söndürüb və o, xəstəxanaya aparılıb. Qeyd edək ki, artıq bir neçə gündür ki, qətlə yetirilmiş qanunvericinin qohumları etiraz aksiyası keçirirlər. Cənab Erkinbayev 2 ay bundan öncə naməlum şəxslər tərəfindən güllə atəşilə öldürülmüşdü. O, cənubi Qırğızıstanda iri dükan sahibi idi və kriminal qruplarla əlaqədə olduğu haqda şübhələr dolaşırdı.
XS
SM
MD
LG