Accessibility links

İlham Əliyev: Azərbaycanda inqilab baş verməyəcək!


Azərbaycan prezidenti İlham Əliyev deyir ki, onun ölkəsində Gürcüstanda, Ukraynada və Qırğızıstanda olduğu kimi inqilab baş verməyəcək. Türk jurnalistləri ilə söhbətində o, bildirib ki, Azərbaycan xalqı öz hökumətindən razıdır və müxalifət zəifdir. Ötən bazar günü keçirilən seçkilərin rəsmi nəticələrinə əsasən hakim Yeni Azərbaycan Partiyası parlamenti yenidən nəzarətə götürüb. Amma ölkənin Mərkəzi Seçki Komissiyası saxtakarlıqları qeydə alaraq hökumətpərəst namzədin qalib elan edildiyi 3-cü dairədə nəticələri ləğv edib. Müxalifət partiyaları seçkilərin büsbütün saxtalaşdırıldığını bəyan edir və yeni seçkilərin keçirilməsini tələb edirlər. Onlar öz tələblərinə cavab verilənədək bütün ölkə boyu nümayişlərin keçirilməsinə qərar veriblər. Ötən çərşənbə günü keçirilən mitinqdə ən azı 15 min müxalifət tərəfdarı iştirak etmişdir. Növbəti nümayiş sabah keçiriləcək.
XS
SM
MD
LG