Accessibility links

Prezident Buş reseptli dərman proqramını böyük nailiyyət adlandırıb


Prezident Buş Medicare adlı proqramın üzvlərini yeni reseptli dərman proqramına abunə olmağa səsləmişdir. Bu gün radio ilə etdiyi ənənəvi həftəlik müraciətində cənab Buş reseptli dərman proqramını son 40 ildə ən böyük nailiyyət kimi qiymətləndirib. Onun dediyinə görə preventiv dərmanlar ciddi xəstəliklərin müalicəsindən qat-qat ucuz başa gəlir. Demokratların cavab müraciətində isə Marin Korpusunun generalı Cozef Hoar Buş administrasiyasını veteranların səhhətinə lazımi qədər diqqət yetirməməkdə ittiham edib.
XS
SM
MD
LG