Accessibility links

Özbəkistan hökuməti dissident hərəkatını susdurmağa çalışır


Özbəkistan hökuməti siyasi dissident hərəkatını qəddarcasına susdurmaqda davam edir. Bu yaxınlarda Özbək polisi prezident İslam Kərimov hökumətini tənqid edən müxalifət koalisiyasının lideri Səncər Umarovu həbs edib. Özbəkistanın Günəş İşığı Partiyasının qərargahına isə reyd keçirilib. Reyd zamanı idarədəki sənədlər və bir kompyuter müsadirə edilib. Cənab Umarov hələ də həbsdədir. Məlumata görə onu iqtisadi cinayətdə ittiham edirlər. Onun təhqirə məruz qaldığı və ona narkotik maddələrin verildiyi barədə narahatedici xəbərlər yayılmaqdadır. B

Birləşmiş Ştatlar Senatının iki lideri, senator Bill Frist və Richard Lugarın təqdim etdikləri birgə qətnamədə cənab Umarovun təleyindən narahatçılıqlarını bildirərək, Özbək rəsmilərini Umarova qarşı irəli sürülən bütün ittihamları rədd etmək üçün ona ölkəsinin əsas qanunu tərəfindən təminat altına alınan hüquqlardan istifadə etməyə və onunla beynəlxalq insan hüquqları standartına uyğun davranmağa, ailəsinə və vəkillərinə onunla görüşməyə icazə verməyə çağırıblar.

Özbək rəsmiləri tərəfindən susmağa məcbur edilən dissidentlərdən biri də insan hüquqları fəalı Yelena Urlayevadır. Avqust ayında Özbək rəsmiləri onu hökumət əleyhinə vərəqələr yaymaq ittihamı ilə həbs etmişdilər. Oktyabrda Dəşkəndin bir məhkəməsi xanım Urlayevanı saxta ruhi xəstəliklə bağlı müalicə olunması üçün onu ruhi xəstəxanaya göndərilməsi barədə qərar çıxarmışdı. Xanım Urlayevanın özü və vəkili məhkəmə prossesində iştirak etməmişdi. Oktyabrın 27-də onu ruhi xəstəxanadan azad ediblər.

Siyasi dissidentləri həbs etmək və psixoloji xəstəxanalara salmaq kimi işlər keçmiş Sovet İttfaqında sınaqdan keçirilmişdi. Birləşmiş Ştatlar Sovetlərin bu ölçülərinə qarşı hələ o zaman çıxış etmişdi. Özbəkistanın demokratiya və insan hüquqlarının fəalları beynəlxalq ictimaiyyət tərəfindən tanınılan insan hüquqlarından sadəcə faydalanmaları üçün həyatlarını təhlükə qarşısında qoyurlar.

ABŞ-ın Dövlət Katibi Rays bunun alternativinin ölkəni repressiyaya, durgunluğa və ekstremismə gətirib çıxarda biləcəyini vurğulayaraq deyib ki, Birləşmiş Ştatlar Özbəkistanın indiki kursdan dönəcəyinə və islahatlar həyata keçirəcəyinə ümid bəsləyir.

XS
SM
MD
LG