Prezident Buş Asiya-Sakit okeanı ölkələrinin zirvə toplantısında iştirak etmək üçün Asiyaya bir həftəlik səfərə başlayıb. Səfər zamanı Yaponiya, Cənubi Koreya, Çin və Monqolustanda olacaq ABŞ prezidenti bu ölkələr, habelə, İndoneziya və Malayziya rəsmiləri ilə ikitərəfli münasibətləri müzakirə edəcək. Bu gün prezident Buş yolüstü Alyaska ştatında dayanaraq, terrorizmə qarşı müharibə mövzusunda çıxış edəcək. Prezident Buşun iştirak edəcəyi APEC sammitində regional təhlükəsizlik, quş qripi təhlükəsi və qlobal ticarət paktına dair danışqların növbəti raundu kimi məsələlər müzakirə olunacaq.