Accessibility links

Tunis beynəlxalq konfransa hazırlaşır


Tunisdə BMT-nin sponsorluğu ilə İnternetin menecmenti üzrə beynəlxalq konfransın açılışına son hazırlıqlar görülür. BMT-nin sponsorluq etdiyi konfransda dünya ölkələrindən 12000 nümayəndə iştirak edəcək. Konfransın təşkilatçılarının bildirdiyinə görə, üç gün davam edəcək tədbirdə dünyanın 60-dan çox ölkəsinin liderlərinin iştirakı gözlənilir. Konfrans İnternet şəbəkəsindən istifadə etmək imkanı məhdud olan yoxsul ölkələrə yardım məqsədilə çağırılmışdır. Lakin burada ABŞ-ın İnternetin menecmentinə nəzarəti bir qədər azaltmasına dair artan çağırışların diqqət mərkəzində olacağı deyilir.

XS
SM
MD
LG