Prezident Bush İranın nüvə silahı istehsalı ilə əlaqədar uranın Rusiyada istehsal edilməsinə dair danışıqları dəstəklədiyini bildirmişdir. Amerikanın Səsinin Ağ Evdəki müxbiri Skott Sterns prezident Buşla Rusiya prezidenti Putinin Cənubi Koreyadakı sammitdə bu məsələ ilə əlaqədar danışıqlar keçirdiyini bildirir. Prezidentin Milli Təhlükəsizlik üzrə müşaviri Stefen Hadley İran üçün uranın Rusiyada istehsal edilməsinə dair İranın razı olmamasına baxmayaraq belə bir planın təhqiqatlar üçün yaxşı yol açacağını deyib. Cənab Hadley deyib ki, prezident Buşla prezident Putin arasında söhbət zamanı əsas diqqət İranın nüvə ambisiyaları ilə əlaqədar Rusiyanın atacağı addıma yönəldilmişdi. Qeyd edək ki, prezident Buş Beynəlxalq Atom Enerüi Agentliyinə əlavə yoxlama keçirməsinə icazə vermədiyi təqdirdə İrana qarşı bəzi sanksiyaları müzakirə üçün məsələyə BMT Təhlükəsizlik Şurasında baxılmasını istəyir. Rusiya rəsmiləri isə İrana nüvə reaktoru qurulmasına köməyi davam etdirmək, lakin İranda silah istehsalına imkan verməmək üçün istifadə olunan uranın yenə Rusiyaya qaytarılmasını istəyirlər. Britaniya, Fransa və Almaniya Rusiyanın təklifini dəstəklədiklərini bildirmişlər. Cənab Hadley Birləşmiş Ştatların, Rusiyanın və üç Avropa dövlətinin İranın nüvə proqramından narahat olduqlarını bildirir. Cənab Hadliy həmçinin deyir ki, prezident Buş və prezident Putin danışıqlar zamanı Dünya Ticarət Təşliatı barədə danışıqların davam etdirilməsi, Suriyanın Livana müdaxiləsi, Şimali Koreyanın nüvə proqramı, İraq müharibəsi və Quş qripi məsələsinə toxunmuşlar.