Accessibility links

Misirdə seçkilərin ikinci turu kütləvi zorakılıqlarla müşayət olunub.


Misirdə parlament seçkilərinin ikinci turu kütləvi zorakılıqlarla müşayət olunub. Seçkilərdə müstəqil namizədin sürücüsü olduğu deyilən, azı bir nəfərin qətlə yetirildiyi xəbər verilir. Müxalifətdə olan Müsəlman Qardaşları təşkilatının bildirdiyinə görə, polis və təhlükəsizlik qüvvələri seçicilərə hədə-qorxu gəlmiş, dubinka və bıçaqlarla silahlanmış quldurlara rəhbərlik edirmiş. Keçən həftə seçkilərin birinci turunda səs çoxluğu əldə edə bilmiş Müsəlman Qardaşları seçki məntəqələrinin işçiləri də daxil olmaqla, 350-yə yaxın adamın həbs edildiyini deyir. Misrin daxili işlər nazirliyi bəzi həbsləri təsdiqləyərək, Müsəlman Qardaşları təşkilatının tərəfdarlarının seçki məntəqlərində iğtişaşlar yaratmaqda günahlandırıb. Daxili İşlər nazirliyi polisin tərəfkeşlik etmədiyini bildirib. Səsvermənin bugünkü ikinci turu Nil çayının deltası regionunda və mühüm şimal və mərkəz bölgələrində keçirilirdi. Səsvermənin sonuncu - üçüncü və dördüncü turu dekabr ayının birinə təyin olunub.
XS
SM
MD
LG