Birləşmiş Ştatlar və Bosniya rəsmiləri Balkanlarda etnik müharibəyə son qoymuş Deyton sülh razılığının 10-cu ildönümünü qeyd etmək məqsədilə Vaşintonda görüş keçirirlər. Dövlət katibi Kondoliza Rays Bosniya-Herseqovinanın üç nəfərdən ibarət prezident şurasının bosniyalı həmsədri İvo Miro Yoviç və xarici işlər naziri Mladen İvaniçlə görüşməlidir.
Birləşmiş Ştatlar tək prezidentlik yaradılması və hələ də etnik cəhətdən bölünmüş ölkədə birliyə nail olunması üçün hökuməti gücləndirmək məqsədilə Bosniya-Herseqovianın liderlərinə təzyiq göstərir. Dövlət katibinin Avrasiya məsələləri üzrə yardımçısı Niklos Börns hələlik bu haqda razılığın əldə olunmadığını bildirsə də, Bosniya rəmsilərinin razılığa yaxın olduğuna əminliyini ifadə edib.