Jurnalislərin hüquqlarının müdaifə olunması ilə məşğul olan Jurnalistləri Müdafiə Komitəsi özünün mətbuat azadlığına dair illik mükafatlarını təqdim edib. Mükafata təqdim olunanlar arasında Braziliya, Çin və Özbəkistan jurnalistləri olub. Jurnalisləri Müdafiə Komitəsi bildirir ki, müsair dövr jurnalistlər üçün təhlükəli bir dövdür. İraq, Rusiya, Filippin kimi ölkələrdə jurnalistlər düşmənlə əlbir olmaq kimi ittihamlarla qarşılaşır, təqib olunur, oğurlanır və qətlə yetirilirlər. Təşkilatın bildirdiyinə görə, jurnalistlər həqiqəti çatdırmaq üçün öz vəzifələrini yerinə yetirərkən böyük təhlükələrlə üzləşirlər.
Tanınmış jurnalist Qalima Buxarbayeva may ayında hökumət qüvvələri Əndicanda nümayişçilərə atəş açarkən nümayiş iştirakçıları ilə müsahibələr keçirməklə beynəlxalq ictimiayyətin diqqətini Özbəkistanın avtoritar rejiminin aksiyalarına çəkmişdir. Jurnalist müsahibə apararkən atılmış güllə onun çantasına dəymiş, çantadakı bloknot və onun jurnalist vərəqəsini dələrək keçmişdir. Özbəkistan hökuməti iğtişaşlar zamanı 169 adamın öldüyünü bəyan etmişdir. Lakin müstəqil mənbələr “Əndican qətliamı” adı ilə tanınan hadisələrdə ölənlərin sayının minə çatdığını bildirirlər.
Hadisələrdən sonra vətən xaini adlandırılmış Qalima Buxarbayeva vətənini tərk etməli olmuşdur. O hazırda Amerika Birləşmiş Ştatlarında yaşayır. Onun dediyi kimi, bu mükafat onun bir zamanlar jurnalist olmaq qərarına bir dəstək olmuşdur.