Accessibility links

Banqladeşdə hökumətə qarşı hücumlar artır


Banqladeşin iki şəhərində baş vermiş bomba partlayışları nəticəsində azı 8 adamın öldüyü, 60-dan çoxunun yaralandığı bildirilir. Anjana Parsiça Dehlidən bildirir ki, bu hücumlarda ölkəyə İslam qanunlarının tətbiqini tələb edən müsəlman yaraqlıları günahlandırılır.

Liman şəhəri Çittaqonqun məhkəmə binasının yaxınlığında bir neçə bomba partladıldı və demək olar ki, elə buna bənzər hücum paytaxt Dakadan 30-km şimalda yerləşən Qazipur şəhərində də baş verdi. Polis bu hücumların intiharçı hücumlar olduğundan şübhələnir. Hazırda ölkədə təhlükəszlik tədbirləri gücləndirilmişdir. Bu partlayış zamanı bir polis işçisinin və bir neçə müstəntiqin yaralandığı bildirilir.

Qeyd edək ki, son zamanlar hakimlərə, jurnalistlərə və siyasətçilərə qarşı hücumlar artmaqdadır. Yüzlərlə müstəntiq ölkə boyu hökumətdən hücumların qarşısını almaq tələbi ilə məhkəməyə boykot elan edərək, nümayişlər keçirir. Bangladeş polisi məhkəmələri İslam qanunlarının tətbiqini tələb edən Camaat ül Mücaheddin qrupunun hədəf aldığına inanır.

XS
SM
MD
LG