Accessibility links

Iraqda iranlı zəvvarlar oğurlanıb


Xarici vətəndaşların İraqda girov götürülməsi davam edir. İraq rəsmilərinin bildirdiyinə görə, bazar ertəsi İrandan ziyarətə gəlmiş altı nəfər oğurlanıb. Oğurlananlardan iki qadının azad edildiyi bildirilir. Artıq ikinci dəfərid ki, siə zəvvarlar İraqda hücuma məruz qalır. Onlardan üçü, Britaniyadan gələn zəvvarlar avtobusa eduilən hücum nəticəsində qətlə yetirilmişdi.

Almaniya isə itkin düşmüş insanların təcili azad edilməsini tələb edir. Qeyd edək ki, cümə günü alman vətəndaşı Süzan Osthoff və onun sürücüsü yoxa çıxmışlar.

Digər bir xəbərdə isə bildirilir ki, Penselvaniya ştatından olan demokrat konqresmen Tim Mörfi İraqda səfərdə olarkən Birləşmiş Ştatlar əsgərlərinin İraqı tərk etmək istəmədiklərini deyib. Konqresmen Merfinin sözlərinə görə, görüşdüyü hər bir əsgər deyib ki, hərbi qüvvələrin İraqdan dərhal çıxarılması döyüşdə əsgərlərin nahaq yerə yaralandığı və öldürüldüyü demək olardı.

XS
SM
MD
LG