Accessibility links

ABŞ Belarusiyanın yeni qanununa qarşıdır


Birləşmiş Ştatlar Avropa Təşkilatlarına qoşularaq Belarusiya qanunvericilərinin qəbul etdikləri ölkədə dissent və müxalifətə qarşı yönəlmiş qanun barədə narahatçılıqlarını bildirib. Biləşmiş Ştatlar Dövlət Depattamentinin sözçüsü dünən Belarusiyada cinayət məcəlləsinin dəyişdirilməsinin beynəlxalğq normalara uyğun olmadığını bildirib. O, Belarus qanunvericilərini qanunvericiliyə yenidən nəzər salmağa və belə olmadığı təqdirdə Birləşmiş Ştatların Belarusa qarşı yeni ölçülərə əl ata biləcəyini deyib. Qeyd edək ki, Avropa Birliyi və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı da Belarus hökumətinə qarşı eyni müraciətlə çıxış etmişdir.
XS
SM
MD
LG