Accessibility links

Pakistanda əl Qaida liderlərindən biri də qətlə yetirilib


Əfqanıstanla sərhəddəki dağlarda Misirdə anadan olmuş əl Qaida liderlərindən biri qətlə yetirilib. Pakistan rəsmilərinin bildirdiyinə görə, Əbu Həmzə Rəbiə Əl Qaida terror şəbəkəsinin beynəlxalq əməliyyatlar üzrə komandiri idi. Rəsmilər deyirlər ki, Əbu Həmzə Rəbiə Pakistan hərbi qüvvələrinin cümə axşamı Şimali Vəziristanda anti-terror əməliyyatlatı zamanı qətlə yetirdikləri beş liderdən biridir. Pakistan prezidenti Pərviz Müşərrəf Rəbiənin qətli haqda məlumatı bu gün Küveytdə təşkil olunmuş mətbuat konfransında təsdiqlədi. Qeyd edək ki, Əbu Həmzə Rəbiənin hansı şəraitdə qətlə yetirilməsi haqda məlumat müəmmalıdır. Pakistan rəsmiləri onun militantların bomba hazırladıqları yeri partladarkən, yerli sakinlər isə hərbi təyyarənin palçıqdan tilikmiş evlərə hücumu zamanı qətlə yetirildiyini bildirirlər. Birləşmiş Ştatlar rəsmiləri Əl Qaida lideri Usama bin Ladenin də həmin ərazilərdə gizləndiyindən şübhələnirlər.
XS
SM
MD
LG