Accessibility links

İyad Alavi Nəcəfə səfərini yarımçılıq qoyub.


İraq paytaxtından cənubda qəzəbli izdiham sabiq baş nazir İyad Alavini ölkənin müqəddəs Şiə şəhərinə səfərini yarımçıq qoymağa məcbur edib. Polis və jurnalistlərin bildiridiynə görə Nəcəf şəhərində yerləşən İmam Əli məscidi qarşısına toplaşmış iri kütlə siyasətçiyə ayaqqabı və tullantı ataraq onu ərazini tərk etməyə məcbur edb. Həmin yerdən atəş səsləri də gəlib. Parlamentə yer uğrunda seçki kampaniyası aparan Cənab Allavi hadisəni sui-qəsd cəhdi kimi qiymətləndirib. Başqa xəbərdə isə İraq rəsmiləri Səddam Hüseynin məhkəməsini bombalamaq planının qarşısını aldıqlarını bildirirlər. Hökumətin açıqladığı bəyanatda deyilir ki, qiyamçılar məhkəmə binasını raket atəşinə tutmağı planlaşdırırdılar.

XS
SM
MD
LG