Accessibility links

Kondoliza Rays bir zamanlar Varşava paktına daxil olmuş Ruminyada ABŞ-ın ilk hərbi bazasının yaradılması haqda razılığı imzalayıb



Dövlət katibi Kondoliza Rays bir zamanlar Varşava paktına daxil olmuş Ruminyada ABŞ-ın ilk hərbi bazasının yaradılması haqda razılığı imzalayıb. Xanım Rays bunun terrorizmə qarşı mübarizəyə yardım edəcəyini bəyan edib və Amerikanın güclü müttəfiqi kimi Rumıniyadan razılığını ifadə edib. Birləşmiş Ştatların rəsmilərinin bildiridiynə görə, bu razılıq Amerika hərbi qüvvələrinin regionda fəaliyyət göstərmək üçün qabiliyyətinin artırılmasına gətirib çıxaracaq. ABŞ hərbi qüvvələri Əfqanıstanda əməliyyatlar üçün Mixail Koqalniçenu hərbi hava bazasından istifadə etmişdilər. Human Rigths VVatch təşkilatı Mərkəzi Kəşfiyyat agentliyinin hərbi bazadan terrorçuluqda şübhəli olunanların saxlanması üçün həbsxana kimi istifadə etdiyini iddia edir, Rumıniya hökuməti isə bu iddiaları rədd edir. Dövlət katibi Rays məsələni bundan öncə Almaniyanın kansleri Anqela Merkel ilə müzakirə etmişdir. Kansler Merkel bildirib ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri demokratik prinsiplərə əməl olunması və kəşfiyyat orqanlarına işlərini görməyə imkan yaradılması arasında balans gözləməlidir. Kondoliza Rays ABŞ-ın terrorizmə qarşı müharibədə işgəncədən istifadə edilməsinə yol vermədiyini vurğulamışdır. Rumıniyadan sonra ABŞ Dövlət katibi Rays Avropaya 5 günlük səfərinin növbəti dayancağı olan Ukraynaya səfər edəcək
XS
SM
MD
LG