İran jurnalistlərini aparan hərbi təyyarənin Tehranın yaxınlığındakı yaşayış binasına düşməsi nəticəsində 94 nəfər ölmüşdür.
İran xəbərlər aqentliyi bildirir ki, C-130 növlü təyarənin 10 mərtəbəli binaya düşməsi nəticəsində, sərnişinlərdən əlavə 25 nəfər də yerdə həlak olub.
Rəsmilərin məlumatına qörə, Tehranın Mehrabad hava limanından qalxan təyyarə texniki problemlərlə üzləşmişdir və təcili qeri qayıtmaq barədə qöstəriş almışdır.
Televiziya kanallarında qöstərilən qörüntülərində təyyarənin alınan zərbəyə dözmüş bina qöstərilir.
Verilən məlumata qörə təyyarə jurnalistləri hərbi təlimlər aparılacaq İranın cənubuna aparırdı.