Rusiya Prezidenti Vladimir Putinin partiyası ötən Bazar günü Moskva şəhər şurasına keçirilən seçkilərdə rəqiblərini tamamilə üstələdi. Nyu York Taymz qəzetinin yazdığına görə bir çoxları bu seçkiləri 2007-ci ildə həmin ölkədə keçiriləcək parlament və 2008-ci ilin prezident seçkilərinə hazırlıq kimi qiymətləndirir.
İlklin hesablamalara görə Cənab Putinin partiyası Vahid Rusiya Moskva seçkilərində səslərin 46 faizini qazanıb. Kommunist partiyası 17 faizlə 2-ci, Yabloko liberallar bloku isə 11 faizlə 3-cü yerdə gedirlər. Bütün kampaniya zamanı bütün müxalifət partiyaları Vahid Rusiyanın səsverməyə dominantlıq etməsindən şikayətləniblər. Bu partiyanın reklamları bütün mağaza girişlərinə və binalara vurulduğu halda, müxalifət nümayəndələri hətta yerli mediaya çıxışdan da məhrum ediliblər. Ultra-millətçi mövqeyi ilə tanınan Rodina partiyasının seçkilərdən kənarlaşdırılmasından sonra seçkilərədək geridə qalan Kommunistlər gözlənildiyindən daha çox səs toplamağa nail olublar.
Amma liberalların bu seçkilərdə cəmi 11 faiz səs toplaması Rusiya demokratiyasının taleyi ilə maraqlanan adamlarda narahatçılıq yaradıb.
Vaşinqton Post qəzetinin bu günkü nüsxəsində məqalə ilə çıxış edən Karnegi fondunun redaktoru Maşa Lipman son olayları Kremlin Rusiyanın başlıca maliyyə mərkəzi olan Moskvada nəzarəti tam ələ alması cəhdi kimi qiymətləndirib.
Xanım Lipmanın yazdığına görə paytxt şəhər olaraq ölkədəki bank və biznes vəsaitlərinin 80 faizi hazırda Moskvada cəmləşib. Hazırkı mer Yuri Lujkov artıq on ilə yaxındır ki, öz vəzifəsini heç bir ciddi rəqabətsiz icra edir. Lakin bu səsvermənin nəticələri tezliklə situasiyanı dəyişə bilər.
Belə ki, güclü siyasi fiqur kimi formalaşmış Yuri Lujkov özünün elektoratına malik şəxsiyyət kimi tanınır. Hərçənd ki, Putinin hakimiyyətə gəlməsindən sonra cənab Lujkov geri çəkilərək sonda Vahid Rusiya partiyasının üzvü oldu, indinin özünə qədər Kreml ona siyasi təhlükə mənbəyi kimi baxır. Belə ki, cənab Lujkovun nüfuzu və buna mütənasib mütəqilliyi hər şeyin bir mərkəzdən bir nfərə tərəfindən idarə edilməsinə can atan Kremli bərk narahat edir. Bu isə deməyə əsas veriri ki, yaxın günlərdə Lujkov öz vəzifəsi ilə vidalaşmağı olacaq.
Lakin bu seçkilərdə uduzan təkcə Moskvanın xarizmatik meri yox, həm də Rus demokratiyasıdır. Düzdür əvvəlki illərlə nisbətdə bu dəfə liberallar özlərini toparlayaraq bir araya gəlmiş və seçkili orqanda təmsil edilmək üçün tələb olunan 10 faizlik maneəni aşa bilmişlər. Amma bütün hallarda şurada cəmi cümlətanı 3 yer əldə etməklə Rus demokratlar ciddi heç nəyə nail ola bilməyəcəklərini dərk edirlər.
Ən başlıcası odur ki, artıq Rusiyada bir çoxları imitasion demokratiyanın ayaq tutmasını seyr edirlər. Ölkədə keçirilən bütün seçkilərdə Vahid Rusiya partiyası əlində cəmləşən nəhəng resurlardan istifadə edərək rəqiblərini tam məğlub edir. Bu da öz növbəsində avtoriat rejim kimi ad çıxarmış Putin hökumətinin ölkəyə nəzarətini bir qədərə də gücləndirir. Kimliyindən asılı olmayaraq Moskanın növbəti meri heç bir müxalifətlə üzləşmədən istədəyii kim şəhəri idarə edəbiləcəyindən arxayın ola bilər, deyə Maşa Lipman öz yazısını bitirir.