İctimai səhiyyə xidmətinin bildirdiyinə görə, Tailandda quş qripi 4 yaşlı oğlan uşağının ölümünə səbəb olub. Tailandın Səhiyyə Nazirliyi uşağın çərşənbə günü dünyasını dəyişdiyini bəyan edib. Beləliklə 2003-cü ilin sonundan etibarən Asiyada quş qripinin yayıldığı elan edildikdən bəri bu, Tailandda qeydə alının 14-cü ölüm halıdır. Asiyada bu xəstəlik səbəbi ilə ölənlərin sayı isə 70 nəfərə yüksəlir. Ukrayna rəsmiləri keçən şənbə günü ilk xəstənin təsdiqindən sonra virusun Krım yarımadasında yayıldığını bildirirlər.