Accessibility links

Montreal konfransı başa çatır


BMT-nin iqlimin dəyişməsi ilə bağlı konfransı bu gün karbon qazı tullantılarının azaldılmasına dair razılıqla başa çatmaq üzrədir. ABŞ-ın sabiq prezidenti Bill Klinton Kanadanın Montreal şəhərində təşkil edilən konfransda çıxış etməlidir. Xatırladaq ki, prezident olduğu müddət ərzində Bill Klinton istixana qazlarının azaldılmasını nəzərdə tutan Kioto razılığını təsdiq etmişdi. Buş administrasiyası isə razılığın olduqca baha başa gəldiyini irəli sürürək, onu rədd edir. Amerikanın mövqeyinə baxmayaraq, 90 ölkənin nümayəndə heyətləri 2012-ci ildə möhləti başa çatacaq Kioto sazişinin uzadılmasına dair razılıq əldə edilməsinə yaxınlaşıb.
XS
SM
MD
LG