İsrail İran prezidenti Mahmud Əhmədinejadın davakar bəyanatlarından sonra İranın nüvə programından narahatlığını bildirir. Prezident Mahmud Əhmədinejadın İsrailin xəritə üzərindən silinməsinə dair və İkinci Dünya Müharibəsi illərində nasislər tərəfindən 6 milyon yəhudinin soyqırımını şünhə altına alan bəyanatları İran-İsrail münasinbətlərini daha da gərginləşdiriib. İsrailin xarici işlər naziri Silvan Şalom ölkəsinin İranın nüvə və raket fəaliyyətilə bağlı narahatlığını ifadə edib. İran İsraili hədəf alma qabiliyyətinə malik olan Şihab-3 növlü ballistik raketlər inkişaf etdirir. Cənab Şalom deyib ki, İran bu raketləri döyüş başlığı ilə təmin etməzdən əvvəl beynəlxalq ictimaiyyət bunun qarşısının alınması üçün bütün lazımi vasitələrdən istifadə etməlidir. İsrail Birləşmiş Ştatlar və avropalıların çox yavaş hərəkət etdiyinə inanır. İsrailin seçki kampaniyasında İran məsələsi mühüm yerlərdən birini tutur. Sabiq baş nazir Benyamin Netanyahu deyib ki, əgər baş nazir seçilsə, İsrailin İranın nüvə qurğularına hücum planını dəstəkləyəcək. Xatırladaq ki, 1981-ci ildə İsrailin hərbi hava qüvvvələri İraqın nüvə reaktorunu dağıtmışdı.