Accessibility links

Türkiyə terrorçularla əlaqədar şayələri təkzib edib


Türkiyə xarici işlər naziri Amerika kəşfiyyatçılarının terror şübhəlilərini İstanbulda dindirməsi haqda dolaşan xəbərləri rədd edib. Bu gün Anadolu Xəbərlər Agentliyi vasitəsilə yayımlanan açıqlamada Abdulla Gül oktyabr və noyabr aylarında Amerika təyyarələrinin İstanbulda müvəqqəti enişi zamanı heç bir sərnişinin Türkiyə ərazisinə ayaq basmadığını deyib. Xarici işlər nazirinin dedyinə görə Mərkəzi Kəşfiyyat İdarəsinin təyyarəsi okrtyabrın 31-də İspaniyadan Azərbaycana uçarkən yolüstü texniki nasazlıq səbəbi ilə İstanbulda dayanmalı olub. Təyyarə noyabrın 15-də geriyə uçuşu zamanı yenidən İstanbulda dayanıb.
XS
SM
MD
LG