Accessibility links

ABŞ prezidenti Corc Buş İraqla bağlı növbəti məruzəsini etdi


Prezident Buş bu gün Filadelifiya ştatında İraqla bağlı üçüncü siyasi məruzəsini etdi. ABŞ prezidenti Birləşmiş Ştatların terrorizmə qarşı güzəştə getmədən mübarizəyə davam edəcəyini bildirdi. Cənab Buş terrorçuların bəşəriyyətə qarşı müharibəsində İraqın “mərkəzi cəbhə” olduğunu bəyan etdi. Bundan öncə ABŞ-ın iraqlılara ölkəni bərpa etmək üçün hansı şəkildə yardım göstərdiyini izah etdiyini bildirən cənab Buş bəyan etdi ki, Birləşmiş Ştatlar İraq xalqına Yaxın Şərqin ürəyində demokratiya quruculuğu işində yardımı davam etdirəcək. Cənab Buş İraqda siyasi tərəqqini göstərərək, qeyd etdi ki, 2005-ci il İraq və Yaxın Şərq tarixində dönüş ili kimi yadda qalacaq. Prezident Buş dedi ki, Amerika Birləşmiş Ştatlarının əsası qoyulan zaman demokratiya təcrübəsi əvvəldə şimal və qərb arasında gərginlik daxil olmaqla, böyük çətinliklərlə qarşılaşmışdı. Cənab Buş iraqlıların bu il azad seçkilər keçirdiyini və konstitusiya layihəsini hazırladıqlarını bildirdi. Prezident Buş İraqda daxili siyasi vəziyyətdən danışaraq, düşmənin, onun sözlərilə, sistemi rədd edənlər, səddamlıçılar və terrorçulardan ibarət olduğunu göstərmişdir. O, sistemi rədd edənlərin çoxunun İraqda demokratiya quruculuğu işinə qoşulacağına inandığını bəyan etmişdir. Prezident Buş demişdir ki, Birləşmiş Ştatlar terrorçular və səddamçıların İraqda demokratiyaya təhlükə yaratmayacağı və təhlükəsizlik qüvvələrinin ölkənin təhlükəsizliyinin təmin edilməsi işini öz öhdəsinə götürə biləcəyi bir zaman nail olunacaq əhatəli bir strategiya yeridir. Prezident Buşun sözlərinə görə, ABŞ-ın İraqa demokratiya quruculuğu işində yardımı Yaxın Şərqin hər yerində islahat tərəfdarlarını ruhlandıracaq və dünya bununla daha təhlükəsiz olacaq. Cənab Buş İraqda yanvar ayında keçirilmiş seçkilərin mühüm bir məqam olduğunu deyərək, burada bəzi pozuntuları qeyd etmişdir. Prezident Buş iraqlıların bu həftə parlament seçkilərində səs verməsini böyük dönüş nöqtəsi adlandırmışdır.
XS
SM
MD
LG