Accessibility links

İran prezidenti Holokostun mif olduğunu deyir


(file photo)" hspace=2 src="/azerbaijani/images/ap_Iran_Ahmadinejad_file_210_1.jpg" width=195 align=left vspace=2 border=0>İran prezidenti Mahmud Əhmədinejad deyir ki, Holokost mifdir və o, İsrailin Avropaya və ya Şimali Amerikaya köçürülməsi haqda dediklərini yenidən təkrarlayıb. İranın Zahedan şəhərində çıxış edən cənab Əhmədinejad deyib ki, Qərb II Dünya Mühraibəsi zamanı nasistlərin milyonlarla yəhudini qırması haqda əfsanə yaradıb və bu hekayəni Allahdan da üstün tutur. Onun bu çıxışı televiziya vasitəsilə yayımlanıb. Bu cür bəyanatlar əvvəllər İsrail, ABŞ və BMT tərəfindən qətiyyətlə pislənilib. İran prezidentin sözlərinə reaksiya verən Ağ Ev nümayəndəsi bildirib ki, Mahmud Əhmədinejadın bu sayaq danışması bir daha İranın nüvə silahlarına malik olmasına imkan verilməməsinin vacibliyini vurğulayır.
XS
SM
MD
LG