Accessibility links

İran İsrailin hücumlarını cavabsız qoymayacaq


İran İsrail tərəfindən hər bir təcavüzə cavab veriləcəyini bildirib. Ölkələr arasında siyasi düşmənçilik son zamanlar vüsət almışdır. Tehranın son xəbərdarlığı İslam Respublikasının xəbər agentliyinə müsahibə verən müdafiə naziri Mustafa Məhəmməd Nəccar tərəfindən edilib. İsraillə artmaqda olan gərginlik və İsrailin İranın nüvə obyektlərinə hücum ehtimalı barədə sualları cavablandıran nazir deyib ki, İranın silahlı qüvvələri hər bir hücuma çevik, güclü və sarsıdıcı cavab verəcək. İsrail İranın nüvə silahları inkişafına yaxınlaşdığını iddia edir. İddiaları rədd edən İran nüvə fəaliyyətlərinin dinc mahiyyət daşıdığını bildirir.
XS
SM
MD
LG