Bu gün ABŞ senatorları anti-terrorizm qanunu olan Vətənpərvərlik Aktının uzadılması məsələsini müzakirəyə qoyublar. 2001-ci il sentyabrın 11-i terror aksiyalarından sonra qəbul edilən bu sənəd federal hökumətə kəşfiyyat və axtarış səlahiyyəti veriir. Nümayəndələr palatasının üzvləri sənədi çərşənbə günü təsdiq etmiş və gələn 4 il üçün qanundakı bəzi müddəaların dəyişdiriləcəyinə vəd vermişdi. Lakin senatın demokrat və respublikaçı üzvləri bu qanunun hökumətə şəxsi həyatlara müdaxilə etmələrinə şərait yaratdığını bildirib, qanunun opponenləri isə səsverməyə imkan verməyəcəklərini deyiblər. Prezident Buş isə sənədin təhlükəsizlik üçün vacibliyini vurğulayaraq, senatorları onun təsdiqinə çağırır.