Accessibility links

Prezident Buş Milad bayramı münasibətilə Amerika xalqını təbrik edib


Prezident Buş Milad bayramı müansibətilə bütün Amerika ailələrini təbrik edib. Özünün bugünkü radiomüraciətində cənab Buş deyib ki, Amerika xalqı bu bayram mövsümündə şükranlıq hissi duyur. Amerikalıların material baxımdan varlı həyatla dualandıqlarını önə çəkən cənab Buş öz həmvətənlərini səxavətli olmağa və bu sərvətləri başqaları ilə bölüşməyə səsləyib. O, həmçinin İraqda və Əfqanıstanda xidmət göstərən əsgərlərə təşəkkür edib. O, söyləyib ki, amerikalılar azadlıq uğrunda canlarından keçmiş oğul və qızlarının xatirəsini ehtiramla yad edir.

Demokratların cavab müraciətində konqresmen Ceymz Kleyborn həmçinin Amerika xalqını Milad bayramı münasibətilə təbrik etmiş, eyni zamanda Buş administrasiyasını yay fəslində baş vermiş qasırğa qurbanlarına kifayət qədər diqqət yetirmədiyinə görə tənqid etmişdir.

XS
SM
MD
LG