Accessibility links

K.Pouell ABŞ prezidentinin qərarını düzgün adlandırır


ABŞın sabiq dövlət katibi Kolin Pouell deyib ki, prezident Buş daxili nəzarət proqramı barədə qərar verməkdə düzqün hərəkət etmişdir. ABŞ televiziyasına dünən verdiyi müsahibəsində cənab Pouell bildirib ki, prezidentin hərəkətində “heç bir yanlışlıq” olmayıb, çünkü o, 2001-ci il sentyabrın 11-i hadisələrindən sonra xalqını növbəti mümkün terror hücumlarından qorumaq istəyirdi. Bundan əlavə cənab Pouell deyib ki, Kongress cənab Buşa daxili nəzarət proqramına rəhbərlik üzrə qeyri-məhdud səlahiyyət verib-verməməsini dəqiqləşdirməlidir. Cənab Pouellin sözlərinə qörə, telefon danışıqlarının dinlənilməsi proqramı davam etdirilməlidir.
XS
SM
MD
LG