Bolqarıstan və Liviya rəsmiləri QİÇS xəstələyinə səbəb olan HİV virusuna yoluxmuş yüzlərlə liviyalı uşağa yardım məqsədilə fondun yaradılması ilə bağlı danışıqları yanvar ayına qədər təxirə salıblar. Bu, həmin uşaqların ailə üzlvərinin Liviyanın Ali Məhkəməsinin bilərəkdən uşaqları yoluxdurmaqda ittiham olunan 5 bolqar tibb bacısı və fələstinli həkimin ölüm hökmünü ləğv etməsindən sonraya təsadüf edir. Tibb işçiləri 1999-cu ildə həbs edilmiş və keçən il 426 uşağı bilərəkdən virusa yoluxdurmaqda ittiham edilmişdilər. Bu illər ərzində 50 uşaq ölmüşdür. Tibb bacıları ifadələrini işgəncə altında verdiklərini demişlər. Məhkəmə yeni prosesin keçrilməsi haqda qərar vermişdir.