Taleban döyüşçüləri Əfqanıstanın qaynar Zabul vilayətinin inzibati mərkəzi Qalatda məktəb direktoru Əbdül Həbibi qətlə yetiriblər. Əbdül müəllimin ailəsi mərhumun cəsədini məktəbin yaxınlığında tapıb. Yerli hökumətin sözçüsü Əli Xail bildirib ki, naməlum şəxslər məktəb direktoru Əddül müəllimin evinə hücum ediblər. Qonşular onun qışğırdığını eşitdikdən sonra polisə zəng ediblər. Lakin artıq yaraqlılar onun başını kəsib aradan çıxmışdılar. Əbdül müəllimin qətli, yaraqlıların təhsil sahəsində xidmət göstərənlərə etdikləri hücumun axırıncısıdır.
Talibanlar qızların təhsil almalarına və ya qadının evdən kənar yerlərdə işləmələrinə qarşıdırlar. 2001-ci ildə Birləşmiş Ştatların başçılığı altrındakı koalisiyanın hərbi qüvvələri Taliban rejimini hakimiyyətdən devirdikdən sonra rejimin qalıqları məktəblərə hücum edərək bir neçə müəllimi öldürüblər. Onlar keçən ay Qəndəharda və Helmənd vilayətində qızlara dərs deyən iki müəllimi qətlə yetirmişdilər.