Accessibility links

Israil liderinin vəziyyəti ağırdır


Doktorlar bildirirlər ki, İsrailin baş naziri Ariel Şaronun vəziyyəti kritik, amma sabitdir. Onlar bu açıqlamanı cənab Şaronun beynində qan sızmasını dayandırmaq üçün aparılan 7 saaatlıq əməliyyatdan sonra veriblər. Hadassa Universiteti xəstəxanasının direktoru deyib ki, 77 yaşlı Şaron 2 əməliyyatdan sonra intensiv xidmət şöbəsində yerləşdirilib. Onun dediyinə görə, İsrail lideri hazırda narkoz altındadır və ən azı cümə gününə qədər respiratorda qalacaq. Cənab Şaron dünən gecə Negev səhrasındakı rançosunda özünü pis hiss etdikdən sonra təcili xəstəxanaya parılmışdı. Bir sıra dünya liderləri Ariel Şaronun vəziyyətinin pisləşməsindən narahatçılıqlarını izhar etmiş və Yaxın Şərqdə sülhün bərpa olunmasında mühüm rol oynaya biləcək İsrail rəhbərinin tezliklə sağalmasını arzulamışlar.
XS
SM
MD
LG