Accessibility links

Ariel Şaronun həyatının hələ də təhlükədə olduğu  bildirilir


İsrail baş naziri Ariel Şaronu müalicə edən həkimlər baş nazirin səhhətində irəliləyişin az olduğunu və onun həyatının hələ də təhlükədə olduğunu söyləyirlər. Qüdsün Haddasa hospitalında Doktor Şlomo Mor-Yosef bu gün müxbirlərə söyləyib ki, cənab Şaronun beyninin diaqramı sol nayihənin normal olduğunu göstərir. Onun dediyinə görə, cənab Şaron tibbi komadan çıxarılmayınca, onun beyninə dəymiş zərərin miqyası aydın olmyacaq. Doktor qeyd edib ki, həkimlərdən ibarət panel bazar günü bir araya gələrək növbəti 24 saat ərzində onun müalicəsi yollarını müzakirə ediləcək. Narahatlıq keçirən İsrail vətəndaşları Qüdsün Fəğan Divarı qarşısına toplaşaraq cənab Şaronun sağlığına dua edirlər.
XS
SM
MD
LG