Accessibility links

İranın nüvə fəaliyyətini bərpa etməsi ABŞ-ın xəbərdarlığı ilə qarşılanıb


Ağ Ev bildirib ki, İranın nüvə proqramları ilə əlaqədər BMT-nin Təhlükəsizlik Şurasının tədbirlərinə beynəlxalq dəstək getdikcə qüclənir. Buş administrasiyasının nümayəndələrinin sözlərinə qörə, Tehranın hərəkətləri göstərir ki, onun beynəlxalq öhdəliklərə riayət edəcəyinə inanmaq olmaz. İran bəyan edib ki, nüvə yanacağı tədqiqatlarını bərpa edir. Buş administarsiyası isə xəbərdarlıqla çıxış edərək, İranın ciddi nəticələrlə üzləşə biləcəyini bildirib. İran isə təkidlə bildirir ki, onun nüvə proqramı ancaq mülki məqsədlərə xidmət edir. Lakin Birləşmiş Ştatlar Tehranın hərbi məqsədlər daşıyan nüvə proqramları üçün lazım olan avadanlıq axtarışında olduğunda israr edir. Fransa, İngiltərə və Almaniya İranla aparılan nüvə danışıqlarına rəhbərlik edirdilər. Birləşmiş Ştatlar onların səylərinə dəstək verir. ABŞ dövlət departamentinin sözçüsü cənab MakKlelanın sözlərinə qörə, ABŞ-ın səbri tükənmək üzrədir. Cənab MakKlelan deyir ki, Beynəlxalq Atom Enerjisi Aqentliyinin Direktorlar Şurasının əksəriyyəti İranı xoş niyyət nümayiş etdirib, “Avropa Üçlüyü” adlandırılan danışıqların davam etdirilməsinə çağırır. Rusiya və Çin bildiriblər ki, onlar İran məsələsinin BMT-nin Təhlükəsizlik Şurasında qaldırılmasının tərəfdarı deyil. Xatırladaq ki, Təhlükəsizlik Şurasının daimi üzvləri olan bu ölkələr “veto” hüququna malikdir. Dövlət departamentinin sözçüsü Moskva və Pekinlə danışıqlar aparıldığını bildirib.
XS
SM
MD
LG