Accessibility links

Prezident Buş Senatı Alitoya səs verməyə çağırır


Prezident Buş Amerika Senatını Ali Məhkəmənin hakimi vəzifəsinə namizəd Samuel Alito üzərində birbaşa səsvermənin aparılmasına çağırıb. Hakim Alitonun dinləmələri bitəndən bir gün sonra cənab Buş bu gün hakim Alitonu qanuna münasibətinə görə tərifləmiş və bu yanaşmanın düşüncəli, ədalətli və açıqfikirli olduğunu söyləmişdir. Cənab Buş deyib ki, bu həftənin dinləmələri onun namizədinin millətin ali məhkəməsində xidmət etməyə layiq olduğunu sübut edib. Sam Alitonun əleyhdarları onun abort hüquqlarına qarşı olduğunu arqument gətirərək hakimin Ali Məhkəmədə təmsil olunmasına etiraz edirlər.
XS
SM
MD
LG