Accessibility links

ABŞ yeni hücumlarla hədələnir


Əl-Qaidə lideri Üsamə Bin Ladenin səsi yazıldığı ehtimal edilən yeni audio-kasetdə Amerikaya qarşı hücumlarla bağlı hədə-qorxular səslənib. Lent yazısının həqiqiliyi hələ təsdiq eidlməyib. Kasetdə Amerikaya qarşı yeni hücum planı hazırlandığı deyilsə də, ABŞ qüvvələrinin Əfqanıstan və İraqdan geri çəkildiyi təqdirdə uzunmüddətli sülh təklif edilir. Audio-kasetdə Amerika daxilində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin onu hücumlardan xilas edə bilməyəcəyi deyilir. Qeyd edək ki, kaseti ilk yayımlayan Əl-Cəzirə tele-şirkəti olmuşdur.
XS
SM
MD
LG