Accessibility links

Jerusalem Post: Fələstin xalqı müqavimətə səs verdi


Çərşənbə axşamı Fələstinin qanunverici orqanına seçkilərdə İslamçı militant qrup Həmasın qələbəsi hər iki tərəfi - İsraili və Fələstini çok vəziyyətinə saldı. Amerikanın Səsinin müxbiri Cim Tipli Qüdsən bildirir ki, İsrail hökuməti İsrailin məhvinə çağıran Həmasın daxil olduğu Fələstin hökuməti ilə heç bir əlaqəsi olmayacaq.

Yerusalim Post qəzetində “Fələstin xalqı müqavimətə səs verdi” başlığı altında məqalə dərc edilib. Bu seçkilərin nəticələri ilə razı olmayan İsrail qəzetlərinin şərhçiləri Həmasın Fələstin parlamentində əksər yerləri əldə etdiklərinə mənfi münasibət bildirirlər. Gündəlik Maariv qəzetinin baş redaktoru isə yazıb, “ uzunmüddətli ara-qaranlıq hökm sürəcək”.

Solçuların şərhçiləri İsrail hökumətinin İsraillə əməkdaşlıq etmək istəyən praqmatik fələstinlilərə arxa çevirdiyini yazır, sağçıların şərhçiləri isə yazırlar ki, hökumət Həması siyasi müstəviyə çıxaran Qəzza Zolağından çəkilmək kimi əməllərə bir daha əl atmamalıdır. İsrail şərhçilərinin bəyanatları kəskin olmasalar da mənfi xarakter daşıyır. Baş nazir vəzifəsini icra edən İhud Olmert deyib ki, dünya və İsrail Həmas hökumətinə əhəmiyyət verməməklə, onu lazımsız edəcək.

Fələstinlilərv də öz növbəsində Həmasın qələbəsindən narazıdır. Fələstin qəzetləri seçkiləri “siyasi zəlzələ” kimi qiymətləndiriblər. Fələstinli jurnalist Xəlil Əssali bu gün Əl Əqsa məscidi qarşısından reportaj verərkən deyib ki, fələstinlilər yeni siyasi reallığa adət etməyə çalışır. Narahatlıqlar və fəqrlərə baxmayaraq, fələstinin yeni hökuməti İsraillə münasibətlərə göz yuma bilməyəcək.

XS
SM
MD
LG