Accessibility links

Almaniya rəsmiləıri Iraqdakı girovları azad etməyə çalışırlar


Əl-Cəzirə televiziya kanalı İraqda girov götürülən iki Alman mühəndisin videosunu nümayiş etdirib. Girovlar Almaniya hökumətindən onları azad edilməsinə yardım etməyə çağırıb. Əl-Cəzirə girov mühəndislərin arxasında dayanan əllərində bıcaq və silah olan şəxsləri göstərib. Əl-Cəzirə bildirib ki, girovdarlar özlərini Ənsar Əl-Tovid və Sünnə qrupunun üzvü adlandırırlar.

Bu arada Almaniya konsleri Angela Merkel eyib ki, onun hökunməti adamların girov götürülməsini qəti surətdə pisləyir. Xanım Merkel həmçinin bildirib ki, hökumət rəsmiləri girovları azad etməyə çalışırlar. Qeyd edək ki, Alman mühəndisləri çərşənbə axşamı Bağdadın şimalında girov götürülmüşdü.

Almaniyanın Xarici İşlər Naziri Frank Valter Stienmeyer ölkə televiziyasına verdiyi müsahinbəsində deyib ki, Almaniya hökuməti girovdarlarla əlaqə yaradıb. Lakin o, bu barədə ətraflı məlumat verməyib.

Bu ay İraqda iki kenyalı rəbitə işçisi və bir Amerika müxbiri daxil olmaqla, azı 5 əcnəbi girov götürülüb.

XS
SM
MD
LG